Vakansiyalar


  • Fərdi satış şöbəsinə kiçik mütəxəssis/mütəxəssis

    Vəzifə: Fərdi satış şöbəsinə kiçik mütəxəssis/mütəxəssis

    İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)

    Ünvan:     Bakı şəhəri, İnşaatçılar pr.,22 L.

    Öhdəliklər

    •    Yeni fərdi müştərilərin cəlb olunmasını təmin etmək;
    •    Müqavilələrin hazırlanmasını təmin etmək və müştərilərə təqdim etmək;
    •    Debitorlarla iş və onların ödənişinə nəzarət etmək;
    •    Fərdi satışların həcminin artırılmasını təmin etmək;
    •    Fərdi Sığorta bazarını izləmək və təhlilini aparmaq;
    •    Ümumi müştəri bazası üzrə həftəlik və aylıq hesabatları hazırlamaq;
    •    İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək 

    Tələblər

    •    Ali  təhsil;
    •    Ms Office proqramında orta istifadəçi səviyyəsində işləmək bacarığı;
    •    Bank və ya sığorta sahəsində 2 il iş təcrübəsi (satış üzrə);
    •    Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti ( ingilis dili arzu olunandır);
    •    Sürücülük vəsiqəsinin olması mütləqdir.

    Fərdi keyfiyyət tələbləri:

    Yüksək analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik və icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönlülük, nəticəyə meyillilik bacarığı, məlumat toplamaq və təhlil etmək bacarığı, danışıqlar aparmaq, dinləmə, məlumatın düzgün ötürülmə bacarıqları, yazı qabiliyyəti, konfliktlərin və stressin idarə edilməsi, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmək bacarığı, özünütəkmilləşdirmə bacarığı, təşəbbüskarlıq və yenilikçilik bacarığı.

     

    Qeyd: CV-lər azərbaycan dilində, “Xalq Həyat” Sığorta Şirkətinin saytında yerləşdirilmiş CV formasını doldurmaqla göndərilməlidir. Əks halda tələblərə uyğun olmayan və mail-da mövzu qismində “Fərdi satış şöbəsinə kiçik mütəxəssis/mütəxəssis” qeyd olunmayan "CV"-lərə baxılmayacaq.

    Əlaqə vasitəsi:

    E - mail: hr@xalqhayat.az   

  • Təkrarsığorta və anderraytinq şöbəsinə mütəxəssis

    Vəzifə:Təkrarsığorta və anderraytinq şöbəsinə mütəxəssis

    İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)

    Ünvan:     Bakı şəhəri, İnşaatçılar pr.,22 L.

    Öhdəliklər:

    •    Cari risklərin qiymətləndirilməsində, sorğunun aparılmasında, sığorta şərtlərinin və tarifin müəyyən edilməsində və təkliflərin hazırlanmasında iştirak;
    •    Sığorta hadisəsinin baş verməsi ehtimalına təsir göstərə biləcək faktorların aşkar edilməsi və bu iş üzrə müvafiq hesabatların və kommunikasiyanın aparılması;
    •    Anderraytinq və təkrarsığorta proseslərinə aid sənədləşmə bazasının tərtib edilməsi və daimi əsaslarla onun təkmilləşdirilməsi və nəzərət edilməsi;
    •    Təkrarsığortaya ehtiyac yarandıqda məlumatların və sənədlərin Təkrarsığorta və anderraytinq şöbəsinə təqdim edilməsi və nəticəyə əsasən birbaşa rəhbəri ilə razılaşdırılmış sığorta şərtlərinin və tariflərinin müəyyən edilməsi;
    •    Tibbi sənədlərin, həkim rəyinin təhlil edilməsi və tərcümə olunması;
    •    Şöbədə aparılan işlər üzrə hesabatların hazırlanması;
    •    Birbaşa müdirin göstərişinə əsasən digər vəzifələrin həyata keçirilməsi.

    Tələblər:

    •    Anderraytinq və ya klinik təbabət sahəsində minimum 2 il iş təcrübəsi;
    •    Tibbi və ya iqtisadiyyat üzrə bakalavr təhsili (magistr təhsili arzuolunandır);
    •    Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində yaxşı səviyyədə danışıq qabiliyyəti;
    •    Microsoft Office proqram təminatı üzrə yüksək səviyyədə işləmək bacarığı;
    •    Həkim kimi təcrübəsi (minimal 2 il) olanlara üstünlük verilir;

    Fərdi keyfiyyət tələbləri:

    Yüksək analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik və icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönlülük, nəticəyə meyillilik bacarığı, məlumat toplamaq və təhlil etmək bacarığı, danışıqlar aparmaq, dinləmə, məlumatın düzgün ötürülmə bacarıqları, yazı qabiliyyəti, konfliktlərin və stressin idarə edilməsi, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmək bacarığı, özünütəkmilləşdirmə bacarığı, təşəbbüskarlıq və yenilikçilik bacarığı.

     

    Qeyd: CV-lər azərbaycan dilində, “Xalq Həyat” Sığorta Şirkətinin saytında yerləşdirilmiş CV formasını doldurmaqla göndərilməlidir. Əks halda tələblərə uyğun olmayan və mail-da mövzu qismində “Təkrarsığorta və anderraytinq şöbəsinə mütəxəssis” qeyd olunmayan "CV"-lərə baxılmayacaq.

    Əlaqə vasitəsi:

    E - mail: hr@xalqhayat.az   

  • Korporativ satış şöbəsinə kiçik mütəxəssis/mütəxəssis

    Vəzifə: Korporativ satış şöbəsinə kiçik mütəxəssis/mütəxəssis

    İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)

    Ünvan:     Bakı şəhəri, İnşaatçılar pr.,22 L.


    Öhdəliklər

    •    Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
    •    Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
    •    Sığorta qaydaları haqqında müştərin dəqiq məlumat almasında ona köməklik göstərmək;
    •    Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
    •    Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;
    •    Müştərilər tərəfindən daxil olan təklif və şikayətləri sərbəst həll etmək;
    •    Müştəri ilə şirkət arasında mütəmadi kommunikasiyanı qüvvədə saxlamaq;
    •    Korporativ müştərilərə könüllü məhsulların satışını təşkil etmək;
    •    İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək .

    Tələblər

    •    Ali  təhsil;
    •    MS Office  proqramlarında işləmək bacarığı;
    •    Bank və ya sığorta sahəsində minimum 2 il iş təcrübəsi (satış üzrə);
    •    Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti ( ingilis dili arzu olunandır);
    •    Sürücülük vəsiqəsinin olması mütləqdir.

    Fərdi keyfiyyət tələbləri:

    Yüksək analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik və icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönlülük, nəticəyə meyillilik bacarığı, məlumat toplamaq və təhlil etmək bacarığı, danışıqlar aparmaq, dinləmə, məlumatın düzgün ötürülmə bacarıqları, yazı qabiliyyəti, konfliktlərin və stressin idarə edilməsi, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmək bacarığı, özünütəkmilləşdirmə bacarığı, təşəbbüskarlıq və yenilikçilik bacarığı.

    Qeyd: CV-lər azərbaycan dilində, “Xalq Həyat” Sığorta Şirkətinin saytında yerləşdirilmiş CV formasını doldurmaqla göndərilməlidir. Əks halda tələblərə uyğun olmayan və mail-da mövzu qismində “Korporativ satış şöbəsinə kiçik mütəxəssis/mütəxəssis” qeyd olunmayan "CV"-lərə baxılmayacaq.

    Əlaqə vasitəsi:

    E - mail: hr@xalqhayat.az   

  • Banklarla iş şöbəsinə kiçik mütəxəssis/mütəxəssis

    Vəzifə: Banklarla iş şöbəsinə kiçik mütəxəssis/mütəxəssis

    İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə

    Ünvan:  Bakı şəhəri, İnşaatçılar pr.,22 L.


    Öhdəliklər

    •    Bank kanalı vasitəsilə sığorta məhsullarının satışını təmin etmək;
    •    Banklarla görüşlər keçirmək və sığorta məhsullarının təqdimatını həyata keçirmək;
    •    Müştərilər tərəfindən daxil olan təklif və şikayətləri sərbəst cavablandırmaq;
    •    Cari portfel üzrə həftəlik və aylıq hesabatları hazırlamaq;
    •    İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək .

    Tələblər

      •    Ali  təhsil;
      •    Ms Office proqramında orta istifadəçi səviyyəsində işləmək bacarığı;
      •    Bank və ya sığorta sahəsində 2 il iş təcrübəsi (satış üzrə);
      •    Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti ( ingilis dili arzu olunandır);
      •    Sürücülük vəsiqəsinin olması mütləqdir.

      Fərdi keyfiyyət tələbləri:

      Yüksək analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik və icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönlülük, nəticəyə meyillilik bacarığı, məlumat toplamaq və təhlil etmək bacarığı, danışıqlar aparmaq, dinləmə, məlumatın düzgün ötürülmə bacarıqları, yazı qabiliyyəti, konfliktlərin və stressin idarə edilməsi, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmək bacarığı, özünütəkmilləşdirmə bacarığı, təşəbbüskarlıq və yenilikçilik bacarığı.

       

      Qeyd: CV-lər azərbaycan dilində, “Xalq Həyat” Sığorta Şirkətinin saytında yerləşdirilmiş CV formasını doldurmaqla göndərilməlidir. Əks halda Tələblərə uyğun olmayan və mail-da mövzu qismində “Banklarla iş şöbəsinə kiçik mütəxəssis/mütəxəssis” qeyd olunmayan "CV"-lərə baxılmayacaq.

      Əlaqə vasitəsi:

      E - mail: hr@xalqhayat.az   

  • Marketinq şöbəsinə mütəxəssis/baş mütəxəssis

    Vəzifə:     Marketinq və məhsulların inkşafı şöbəsinə mütəxəssis/baş mütəxəssis

    İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)

    Ünvan:     Bakı şəhəri, İnşaatçılar pr.,22 L.


    Öhdəliklər

    •    Şirkətin sığorta bazarında mövqeyinin və yeni sığorta məhsullarına ehtiyacın müəyyən edilməsi məqsədilə araşdırmalar aparmaq;
    •    Müştəri məmnunluğunu müəyyən etmək üçün Şirkətin digər sturukturları ilə birgə fəaliyyət göstərmək;
    •    Mövcud satış kanalları üzrə reklam məhsulları hazırlamaq və həmin məsullara dair məlumatları KİV-də yerləşdirmək;
    •    KİV-lə faydalı əlaqələr qura bilmək;
    •    Müştərilər arasında Şirkətin müsbət imicinin (nüfuzunun) artırılması üzrə tədbirlər həyata keçirmək;
    •    Sosial şəbəkələrdə şirkətin səhifələrini təşkil etmək;
    •    Müştəri ehtiyacları, insaytlar, trendləri izləmək;
    •    Müxtəlif daşıyıcılar üzrə bazarın əsas vendorlarını tanımaq ;
    •    Müştər ilə təmas nöqtələrini izləmək;
    •    Kreativ və optimal həllər tapa bilmək;

    Tələblər

    •    Ali təhsil;
    •    MS Office proqramlarında işləmək bacarığı;
    •    Bank və ya sığorta sahəsində 2 il iş təcrübəsi (satış üzrə);
    •    Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti ( ingilis dili arzu olunandır).

    Fərdi keyfiyyət tələbləri:

    Yüksək analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik və icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönlülük, nəticəyə meyillilik bacarığı, məlumat toplamaq və təhlil etmək bacarığı, danışıqlar aparmaq, dinləmə, məlumatın düzgün ötürülmə bacarıqları, yazı qabiliyyəti, konfliktlərin və stressin idarə edilməsi, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmək bacarığı, özünütəkmilləşdirmə bacarığı, təşəbbüskarlıq və yenilikçilik bacarığı.

    Qeyd: CV-lər azərbaycan dilində, “Xalq Həyat” Sığorta Şirkətinin saytında yerləşdirilmiş CV formasını doldurmaqla göndərilməlidir. Əks halda tələblərə uyğun olmayan və mail-da mövzu qismində “Marketinq və məhsulların inkşafı şöbəsinə mütəxəssis/baş mütəxəssis” qeyd olunmayan "CV"-lərə baxılmayacaq.

    Əlaqə vasitəsi:

    E - mail: hr@xalqhayat.az   

CV Formasını yükləmək