Şirkət haqqında

15 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Xalq Həyat” Sığorta Şirkəti ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsinə dair 5 illik lisenziya verilmişdir.
Cəmiyyətin nizamnamə kapitalı 15 mln. manat təşkil edir və səhmlərinin 100 faizi “Xalq Sığorta” ASC-yə məxsusdur.

“Xalq Həyat” Sığorta Şirkəti ASC həyat sığortası sahəsində geniş spektr üzrə xidmətlər göstərir. Bu, həm icbari sığorta, həmçinin könüllü sığorta növlərinə aiddir.
Cəmiyyət 08 may 2019-cu il tarixindən etibarən İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növünü həyata keçirmək üçün “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının iştirakçı sığortaçıların reyestrinə daxil edilib.

Cəmiyyət Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil sığortaçıların reyestrinə daxil edilib.

Məhsullarımız

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta

İşçilərin iş zamanı baş verə biləcək bədbəxt hadisə nəticəsində həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta məhsulu

Fərdi Həyat sığortası

Ölümə, əmək qabiliyyətinin itirilməsinə və kritik xəstəliklərə təminat verən sığorta məhsulu

Kredit götürən şəxslərin həyat sığortası

Kredit götürən şəxsin kredit müddəti ərzində istənilən səbəbdən ölüm, bədbəxt hadisə və ya xəstəlik nəticəsində I, II, III dərəcəli əlilliyin təyin edilməsinə səbəb olan hadisələrə təminat verən sığorta məhsulu

Həyatın yaşam sığortası

Öz həyatınızı sığortalamaq imkanı verməklə yanaşı, həmçinin, DSMF güzəştlərindən və depozit faizlərindən gəlir əldə etmək imkanı yaradır

Həyat sığortası
qaydaları

YÜKLƏMƏK

Həyat yaşam
sığortası qaydaları

YÜKLƏMƏK

Sağalmaz xəstəliklərdən
sığorta qaydaları

YÜKLƏMƏK

Kredit götürən şəxslərin
həyat sığortası qaydaları

YÜKLƏMƏK

Müraciət forması

Şikayət, təklif və digər sorğular üçün aşağıdakı formadan istifadə edə bilərsiniz.

Logo

office@xalqhayat.az
+994 12 310-05-25

İnşaatçılar pr. 22 L, məhəllə 494
AZ1065, Bakı şəhəri